SİZİN TELEKOMMUNİKASİYA
             PARTNYORUNUZ
 
   az   |  rus   |  eng Dial up >> Qeydiyyat / Balans   
Ana səhifə Məktub yaz




Sualınız varsa, bizə müraciət edə bilərsiniz:

Tel.:   +(99412) 490 20 20
Faks: +(99412) 490 20 30

Xidmətlərin satışı
sales@ultel.az

Marketinq, reklam
marketing@ultel.az

Müştərilər xidməti
info@ultel.az

CDMA Müştəriləri xidməti
cdma@ultel.az

Internet Müştəriləri xidməti
support@ultel.az

Vakansiyalar
personnel@ultel.az

CDMA - Code Division Multiple Access simsiz telefon rabitəsi standartı dünyanın telekommunikasiya bazarında ən sürətlə inkişaf edən rabitə növüdür. ABŞ ordusunda on illər öncə sınaqdan çıxmış bu rabitə standartı bu gün yüzlərlə operatorlar tərəfindən dünyanın hər qitəsində isifadəçilərə xidmət göstərməkdədir. CDMA standartının müəllifi olan Qualcomm şirkətinin rəsmi internet səhifəsində, 28.08.2006 tarixi etibarı ilə dünyanın 95 ölkəsində 224 operatorun CDMA şəbəkələrindən 324 milion abunəçiyə xidmət göstərildiyi bildirilmişdir.

CDMA texnologiyası danışıq zamanı səsin yüksək keyfiyyətini təmin etməklə yanaşı şualanmanın və gürültunun cüzi səviyyədə saxlanmasını təmin edir. Bunun nəticəsində səsin və verilənlərin fasiləsiz olaraq yüksək keyfiyyət və minimum çıxış gücü ilə ötürülməsi təmin edilir.

Bu rabitə növündə çıxış gücünün, digər standartlardan on dəfə aşağı olması da son dərəcədə vacib olan iki faktora müsbət təsirini göstərməkdədir. Bunlar, insan orqanizminə ən cüzi mənfi təsirinin göstərməsi və akumullyatorun uzun müddət doldurmadan istifadə edilə bilməsidir.

CDMA şəbəkəsinin tutumu digər standartlarda işləyən şəbəkələrin tutumundan 3-6 dəfə artıqdır. Bu standart üzərində qurulmuş şəbəkələrdə eyni tezliklərin çoxsaylı istifadə edilməsi prinsipi, tezlik resursunun effektiv istifadəsinə imkan verir. Səsin keyfiyyət parametrlərinə görə bu şəbəkələr simli telefon şəbəkələrindən geri qalmırlar. CDMA şəbəkələrində səsdən əlavə verilənlərin ötürülməsində maneələrin olmamasının əvəz olunmaz rolu vardır. Digər simsiz standartlardan fərqli olaraq CDMA standartında səsin gecikməsi parametri də dəfələrlə aşağıdır ki, bu xüsusiyyətin çox mərtəbəli tikililər olan yaşayış məntəqələrində müstasna rolu var. Özünün müsbət xüsusiyyətlərinə görə CDMA standartı dünya telekommunikasıya cəmiyyəti tərəfindən 3-cü nəsil simsiz rabitə növü kimi rəsmi qəbul olunmuşdur.

Bütün sadalanan müsbət faktorları nəzərə alan ULTEL MMC, özünün CDMA2000 1X layihəsinin ilkin mərhələsi çərçivəsində Bakı şəhəri və Abşeron yarımadasını əhatə edən şəbəkəsini (ATS-480) 01.09.2006 tarixində istifadəyə vermişdir.

CDMA tarifləri



SERVISLƏR
  Xidmətin adı Açıqlaması İstifadəsi
1. Şərtsiz yönləndirmə – CFU Abunəçi, harada olduğundan asılı olmayaraq daxil olan çağrıları əvvəlcədən proqramladığı nömrəyə yönləndirə bilir. Servisin qeyd edilməsi: *62 (yönlənəcək nömrə) YES Servisin aktiv edilməsi: *62#YESServisin deaktiv edilməsi: *620YES
2. Məşğul halda yönləndirmə – CFB Abunəçi, danışdığı zaman ona daxil olan çağrıları əvvəlcədən proqramladığı nömrəyə yönləndirə bilir. Servisin qeyd edilməsi: *67 (yönlənəcək nömrə) YES Servisin aktiv edilməsi: *67#YES Servisin deaktiv edilməsi: *670YES
3. Cavab verilmədikdə yönləndirmə – CFNA Abunəçi, ona daxil olan çağrılara cavab vermədikdə, bu çağrıları əvvəlcədən proqramladığı nömrəyə yönləndirə bilir. Servisin qeyd edilməsi: *61 (yönlənəcək nömrə) YESServisin aktiv edilməsi: *61#YES Servisin deaktiv edilməsi: *610YES
4. Cari vəziyyətə görə yönləndirmə – CFD Abunəçi, şəbəkə xaricində olduqda yaxud telefonu söndürülmüş olduqda ona daxil olan çağrıları əvvəlcədən proqramladığı nömrəyə yönləndirə bilir. Servisin qeyd edilməsi: *63 (yönlənəcək nömrə) YES Servisin aktiv edilməsi: *63#YES Servisin deaktiv edilməsi: *630YES
5. Xətdə gözlətmə – CW Abunəçi, telefonla danışdığı zaman ona daxil olan yeni çağrını müəyyən müddət ərzində gözlədə bilir. Servisin aktiv edilməsi: *43YES Servisin deaktiv edilməsi: *430YES Abunəçi telefonla danışdığı zaman ona ikinci zəngin gəldiyini hiss etdikdə YES və 2 basmaqla ikinci abunəçiyə cavab verir, YES və 1 basmaqla yenidən birinci abunəçiyə dönür
6. Zəngin otürülməsi – CT Abunəçi, apardığı danışığı digər nömrəyə ötürüb özü xətdən ayırıla bilir. Abunəçi, danışığı digər nömrəyə ötürməsi üçün həmin nömrəni yığır YES düyməsinə basır və özü xətdən ayırılır.
7. Nömrənin ekranda göstərilməsi – CNIP Abunəçi, ona çağrının hansı nömrədən edildiyini görə bilir. Bu servis hər zaman abunəçi üçün açıqdır.
8. Nömrə gizlədilməsi. Birbaşa gizlətmə – CNIR-1 Abunəçi, haraya çağrı etdiyindən asılı olmadan qarşı tərəfin onun nömrəsinin görməməsinə nail ola bilir. Bu servis stansiya operatoru t?r?find?n t?min edilir.
9. Nömrə gizlədilməsi. Nömrə gizlidir, kodla açmaq mümkün – CNIR-2 Abunəçi, nömrə gizlədilməsi servisini tədbiq etdikdə qarşı tərəfin onun nömrəsinin görməsinə nail ola bilir. Servisin aktiv edilməsi: *31# (yığılacaq nömrə) YES
10. Nömrə gizlədilməsi. Nömrə açıqdır, kodla bağlamaq mümkün – CNIR-3 Abunəçi, nömrə gizlədilməsi servisini tədbiq etmədikdə qarşı tərəfin onun nömrəsinin görməməsinə nail ola bilir. Servisin aktiv edilməsi: #31# (yığılacaq nömrə) YES
11. Konfrans zəng – CC Abunəçi, telefonu ilə danışarkən eyni zamanda 32 abunəçinin iştirakı ilə konfrans yarada bilir. Abunəçi 31-ə qədər digər abunəçini konfrans rabitəyə dəvət etmək üçün hər dəfə *81 (yıgılacaq nömrə) YES yığmalıdır.Konfrans rabitədən nömrəni cıxarmaq ücün *810 (yığılacaq nömrə) YES yığmalıdır
12. 3-tərəfli konfrans-zəng – 3WC Abunəçi, telefonu ilə danışarkən üçüncü tərəflə əlaqə quraraq 3-tərəfli konfrans yarada bilir. Abunəçi danışarkən üçüncü abunəçini konfrans-rabitəsinə dəvət etmək üçün bu Abunəçinin nömrəsini yığır və YES düyməsinə basır.
13. Daxil olan zənglərə müvəqqəti qadağa (Narahat etməyin!) – DND Abunəçi, müəyyən müddət ərzində telefonuna daxil olan zənglərə qadağa qoya bilir. Servisin aktiv edilməsi: *76YES Servisin deaktiv edilməsi: *760YES
14. Kod ilə bütün çıxış zənglərin bağlanması - SPINA Abunəçi, yalnız özünə məlum olan kod vasitəsilə çıxış zənglərə nail ola bilir. Servisin qeyd edilməsi: *33YES, bundan sonra Abunəçi eşitdiyi anonslara müvafiq hərəkət etməlidir. Aktivləşdirmə #33YESDeaktivləşmə*450YES
15. Kod ilə bütün çıxış zənglərin bağlanması (müxtəlif hallar üçün)- SPINI Abunəçi, yalnız özünə məlum olan kod vasitəsilə şəhərlərarası və beynəlxalq çıxış zənglərə nail ola bilir. Servisin qeyd edilməsi: *44YES, bundan sonra Abunəçi eşitdiyi anonslara müvafiq hərəkət etməlidir.Servisin aktiv edilməsi: *41YES Servisin deaktiv edilməsi: *42YES
16. Uzaqdan servislərin idarə olunması - RFC Abunəçi, ona verilmiş əlavə servis xidmətlərini məsafədən idarə edə bilir. Abunəçi 4809990 nömrəsini yığmalı və eşitdiyi anonslara müvafiq hərəkət etməlidir.

















© Copyright Ulduz Telekom 2005